Əsas Səhifə > Şou-biznes > “Şeirlərimi atama oxuyandan sonra xahiş etdiki daha yazmayım, çünki...”

“Şeirlərimi atama oxuyandan sonra xahiş etdiki daha yazmayım, çünki...”


29-10-2023, 13:18
“Şeirlərimi atama oxuyandan sonra xahiş etdiki daha yazmayım, çünki...”
“O vaxtı anam mənim üçün də, bacım üçün də cehiz yığırdı. Mən götürüb işlədirdim. Deyirdim ki, lazım olar gələcəkdə alaram. Mənim ürəyimi ovsunlayan bir şəxs yox idi. Biri var idi, uzaqdan-uzaqdan ondan xoşum gəlirdi. Biz alimlər binasında qalırdıq, uşaq yaşlarımızdan bir yerdə böyümüşdük. Mənə uşaqlıqdan eşq oxuyurdu. Böyüyəndən sonra mənə dedi ki, ailə həyatı qurmaq fikrin yoxdur? Dedim ki, xeyr. Sonra xarici ölkəyə köçdülər. Ailə xatirinə ailə qurmadım. Həyatda əbədi sevgi var. Buna inanıram. Anamla atamın sevgisi belə sevgilərdən idi. Anam dünyasını dəyişəndən sonra atam dözmədi, onun arxasınca getdi. Anam evdə olmayanda atam üçün çayı mən aparırdım. Evdə olanda da aparırdım, atam deyirdi ki, qoy anan gətirsin. Çayı onun əlindən içmək istəyirdi. Onların şəkillərinə baxa bilmirəm”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Şəbnəm Tapdıq deyib. O daha sonra əlavə edib.

“ O illərdə yazdığım şeirlərdən birini atam üçün oxudum. Dinlədi, çox bəyəndi. Gözündən yaş sel kimi axdı. Soruşdu ki, nə qədər şeir yazmısan? Kitabı gətirdim ki, oxusun. Xahiş etdi ki, şeir yazma. Çünki şairlər dərd çəkirlər. O mənim dərd çəkməyimi istəmirdi. Bəzən gecə yatanda ağlıma gözəl fikirlər gəlir. Yazıram, amma səhər cırıb atıram. Atamın sözünü yadıma salıram. Baxmayaraq ki, atam dünyada yoxdur, yenə də onun sözündən çıxmıram. O mənə elə bir dərs keçib ki, həyatda heç bir səhv addım atmamışam” deyə sənətkar bildirib.

Müsahibimiz Bəxtiyar Vahabzadə ilə görüşündən də danışıb.

“ “Çilə bülbülüm” mahnısını mən o vaxt verilişlərdən birində oxumuşdum. Bəxtiyar Vahabzadə efirdən izləmişdi Atama zəng edib dedi ki, məni o qızla tanış et. Atam Aztv-də ən baxımlı verilişlərdən birinin redaksiyasında çalışırdı. Oxumağımdan xoşu gəlmişdi. “Dilimi bağlasalar” əsərini məxsusi mənim ifa etməyimi istəmişdi. Özü gətirib həmin kaseti mənə verdi və dedi ki, oxu” deyə müğənni bildirib.
Geri qayıt