Əsas Səhifə > Şou-biznes > “Yuğ” teatrı boş zala tamaşa oynadı

“Yuğ” teatrı boş zala tamaşa oynadı


23-10-2023, 14:58
“Yuğ” teatrı boş zala tamaşa oynadı
Aktrisa Zümrüd Qasımova işlədiyi “Yuğ” teatrı ilə bağlı giley-güzarını dilə gətirib. Buna səbəb 3 gün öncə teatrın təqdim etdiyi tamaşaya cəmi 2 tamaşaçının gəlməsi olub. Teatr rəhbərliyi əziyyət verilib hazırlanmış tamaşanın təqdimatını, reklamını, ümumiyyətlə, hansısa bir əsərin ortaya çıxarılması barədə məlumat verməyin zəhmətini çəkməyib. Ona görə də, necə deyərlər özləri çalıb, özləri oynamalı olublar.

“Teatr aktyorundur. Sözsuz ki, aktyor ücün ən ümdə məqam sevimli tamaşacıları ilə ünsiyyətdir. Bizim ücün hər tamaşacı, hətta bizi izləməyə gələn 1 nəfər ücün də sevə-sevə oyun numayiş etdiririk. Amma artıq dövr və təlabatlar dəyişib. Tamaşalar daha cox reklam olunmalıdı, ki, teatra maraq olsun. Nəzərə alsaq ki, sosial şəbəkələr dövrüdür.
Məncə, teatrda işləyən hər kəs işlədiyi teatrı və aktyorları sevməlidi. Aktyoruna hörmət etməyən, dəyərini bilməyən şəxslər teatrdan uzaqlaşıb başqa işlərlə məşqul olmalıdır Məsələn, obyekt işlətməlidi və sair. Nə isə yaşasın teatr!!!”,- deyə aktrisa sosial şəbəkə hesabında bildirib.

“Yuğ” teatrını vaxtilə Vaqif İbrahimoğlu yaradıb və indi teatrda işləyən köhnə aktyorların bir çoxu bu ada vəfa borcu olaraq, “Yuğ”u yaşatmağa çalışırlar.

Vaqif İbrahimoğlunu öz ustadı hesab edən bu teatrın keçmiş aktyoru Kamran Yunis Lent.az-a verdiyi açıqlamada bu barədə danışmağın ağrılı olduğunu dedi.

"Bilmirəm, orda aktyorlar kimdən gileylidrlər, "Yuğ" Vaqif İbrahimoğlu demək idi. Vaqif yoxdursa “Yuğ” adı formal xarakter daşıyır. Kişi böyük bir sərvət qoyub getmişdi, o sərvəti zay elədilər. Niyə? Bunu artıq indi o teatrı işlədənlər bilər”,- deyə aktyor qeyd edib.

Geri qayıt