Əsas Səhifə > Şou-biznes > ATV də dəyişir? - Mətanətin verilişi bağlanır

ATV də dəyişir? - Mətanətin verilişi bağlanır


19-02-2014, 10:33
ATV də dəyişir? - Mətanətin verilişi bağlanır
“Azad Azərbaycan” telekanalında yayımlanan “ATV Olay” və “ATV Aktual” verilişlərinin yayımı dayandırılacaq.

Bu barədə AzVision.az-a ATV kanalaındakı mənbədən məlumat daxil olub.

Bildirilib ki, adı çəkilən verilişlər gələn həftədən bağlanacaq.

Bundan əlavə ATV telekanalında bəzi kadr dəyişikliyi ediləcək. Belə ki, bir neçə xəbər aparıcısının işdən çıxarıldığı da qeyd olunur.

Verilişlərin yayımının dayandırılması və xəbər aparıcılarının işdən çıxarılmasının səbəbi isə məlum deyil. Günorta xəbərlərinin iki aparıcısının da işdən çıxarıldığı deyilir.

Xatırladaq ki, bir müddət öncə Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “ATV Gündəm” verilişi də yayımını dayandırmış və onun işçiləri işdən çıxarılmışdı.

Məlumatı dəqiqləşdirmək üçün “ATV Olay” verilişinin aparıcısı Mətanət Əliverdiyeva ilə əlaqə saxladıq.

O, verilişinin bağlanması xəbərini təkzib etməyərək məlumatsız olduğunu deyib.

“Mənim bu barədə ümumiyyətlə xəbərim yoxdur. Birinci dəfədir sizdən eşidirəm. siz başqa adamdan maraqlanın”.

Geri qayıt