Əsas Səhifə > Şou-biznes > “Taksi sürücüsü dedi ki, oğlum səni görsə tanımaz, amma Elməddini yaxşı tanıyır”

“Taksi sürücüsü dedi ki, oğlum səni görsə tanımaz, amma Elməddini yaxşı tanıyır”


9-10-2023, 09:23
“Taksi sürücüsü dedi ki, oğlum səni görsə tanımaz, amma Elməddini yaxşı tanıyır”
“Mənim oğlum Ülvi Qasımov “Azərbaycanfilm” kinostudiyasının ştatlı işçisidir. 7 filmin direktoru, icraçı prodüsseri olub. 6 aydır film çəkilmir deyə 6 manat da almır. Bu dövlət müəssisəsidir. Sovet dövründə biz çəkilməsək belə maaş alırdıq. Çox qəribədir. Cənab prezidentimiz bizim başımızı uca etdi, bizə mənfi təsir edən bütün məsələləri həll etdi. Hər bir işlə o maraqlanmalı deyil. Bütün sahələrin öz mütəxəssisi var. Amma kinoya nədənsə önəm verilmir. Kino hər bir xalqın sərvətidir. Xalqları kino ilə tanıyırlar”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib. O daha sonra əlavə edib.

“Mənim üçün filmdə çəkildiyim tərəf müqabilimin, həmkarımın məşhur sima yaxud tanınmayan sima olub-olmaması o qədər də vacib deyil. Əsas odur ki, tərəf müqabilim istedadlı olsun. Almaniyada o illərdə “Sonya raport verir” adlı bir filmdə çəkilmişəm. Həmin filmdə mayor rolunu oynayırdım. Sonya filmdə Hitlerin katibəsi rolunu oynayır. Sonyanı oynayan aktrisa bəstəboy idi, gözəl də deyildi. Macarıstandan gəlmişdi. Bəxtimə kim düşübsə onunla da çəkilmişəm. Tərəf müqabilimdə istedad axtarmışam, başqa heç nə axtarmamışam” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, gənc aktyorlar daha iddialıdırlar.

“Uzun illərdir filmlərdə çəkilirəm amma bir dəfə də deməmişəm ki, ssenaristlər mənim üçün xüsusi rollar yazmalıdır. Belə hallar bizim nəsil aktyorlarda olmayıb. Özlərindən razı olanları nə xalq tanıyır, nə də millət. Tez-tez taksidən istifadə edirəm. Sürücülər o dəqiqə məni tanıyıb, hörmət edirlər. O gün sürücü özü də deyir ki, mənim oğlum səni görsə tanımaz, amma o Elməddini daha yaxşı tanıyır. Deyir ki, siz korifey sənətkarlarsız, yaşlı nəslin nümayəndəsisiz! Demək ki, gənclərə tanıtdırmaq lazımdır. Təbliğat gözəl şeydir” deyə aktyor bildirib.

Geri qayıt