Əsas Səhifə > Şou-biznes > Rusiyanın xalq artisti SƏRSƏMLƏDİ

Rusiyanın xalq artisti SƏRSƏMLƏDİ


7-10-2023, 06:33
Rusiyanın xalq artisti SƏRSƏMLƏDİ
DİA.AZ- "Rusiyanın xalq artisti, öz karyerasına Polad Bülbüloğlunun kollektivində pianoçu kimi başlayan İqor Krutoy geydirmə sArsax haqqında əməlli-başlı sarsaxlayıb". Bu sərt etiraz formasını jurnalist Əzizə İsmayılova nümayiş etdirib.

DİA.AZ xəbər verir ki, Rusiyanın xalq artisti İqor Krutoy belə bir sərsəm fikirləri ilə diqqətə gəlib: "Mən bu qəhrəman xalqın (Sarsaxda yaşayanların...Ə.İ.) tarixini bilirəm. Bilirəm ki, ermənilər bu torpaqda yüzillərdir yaşayırlar və Sarsax elə bir yerdir ki, ermənilər orada daim yaşayıb və başqa xalqlarla, o cümlədən türklər və ərəblərlə qarışmayıblar. Demək istəyirəm ki, təmiz qanlı erməni axtarırsınızsa, onu Sarsaxda tapa bilərsiniz."

Buna etiraz edən jurnalist Əzizə İsmayılova isə qeyd edib: "Çağırın, yenə gəlib Bakının ən xod gedən zallarında konsert versin. Hətta aeroportdan konsert zalınacan yerə qırmızı xalı döşəyin. Ən bahalı oteldə yer ayırın, şəhərin mənzərəsindən zövq alsın...

Bu simasız adama hələ 2011-ci ilin martında Bakıda H.Əliyev sarayında yaradıcılıq gecəsi də təşkil etmişdilər. Onda ağız dolusu demişdi ki, "Я очень рад приезду в Баку. С бакинцами меня связывает крепкая старая дружба".

Yalansa bütün "дружба"lar gəlsin gözündən- "starıy" olanı da, "novıy" olanı da..."
Geri qayıt