Əsas Səhifə > Şou-biznes > Rəşad Dağlının dostunu güllələyən şəxs Ali Məhkəməyə müraciət etdi

Rəşad Dağlının dostunu güllələyən şəxs Ali Məhkəməyə müraciət etdi


2-10-2023, 09:48
Rəşad Dağlının dostunu güllələyən şəxs Ali Məhkəməyə müraciət etdi
Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

DİA.AZ bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq
Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 3-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 6 ay azaldıb.

Qeyd: Hadisə 2019-cu il dekabrın 22-də Yasamal rayonu, Şərifzadə küçəsi, 67A nömrəli evin qarşısında baş verib.

Belə ki, T.Nağıyev “Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb. Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Daha sonra T.Nağıyev tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Xatırlatma: Güllələnən Z.Muradov hazırda həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının dostudur.

Z.Muradov xəstəxanadan çıxandan sonra həbs edilib. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Geri qayıt