Əsas Səhifə > Şou-biznes > “Anası ilə bizə gəlmişdi, mənə dəstək oldu..”

“Anası ilə bizə gəlmişdi, mənə dəstək oldu..”


30-09-2023, 07:33
“Anası ilə bizə gəlmişdi, mənə dəstək oldu..”
“Qənirə xanımın ölümü millətimiz üçün böyük itkidir. Onun adı artıq kim olduğunu deyirdi. Qənirə xanım deyəndə biz kimi itirdiyimizi anlayırıq. Qənirə xanım hadisədir. Həyatı ilə bizim qismətimizdə bir hadisə idi. Getməyi ilə isə zərbədir. Mən onu döyüşkən bir cəngavər kimi görürəm, elə də bilirdim. Yadımdadır, bizə qonaq gələndə onun o sözləri, mənə dəstəyi.. Anası ilə gəlmişdi. Hardan biləydim ki, nə vaxtsa onun yoxluğu məni incidəcək?! Mənə elə gəlir ki, o əbədiyaşardır! Əbədiyaşar da oldu. Biri var yaşayasan, əbədiliyini qazanasan, biri də var ki, yoxluğunda artıq millət hiss edə kimi itirib”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti Flora Kərimova millət vəkili Qənirə Paşayeva haqda danışarkən deyib. O daha sonra əlavə edib.

“Onun bizə yazığı gəlmədi (kövrəlir). Düşünmədi ki, ondan sonra onun dostları, onu istəyənlər nə əzab çəkəcəklər?! Çox qəddar davrandı bizimlə.. Mənim kimi onu ağlayanlar.. Millət ağlayır onu. Dəfnə gedə bilmədim, xəstəyəm. Bu millətin itkisidir. Allah o dünyasını versin, yatdığı yerdən inciməsin. Allahın pənahında olsun. Qurban olduğum əvvəl onun məkanını düşünüb apardı. Allah bəlkə də onu bizə qısqandı. O ülvi bir insanı yanında görmək istədi. O nə qədər insana, dostlarına, yaxınlarına zərbə vurdu. Görünür qurban olduğum bunu düşünmədi. İndi kimin ona gücü çatar? Nə xahiş eşidəndir, nə qaytarandır! Bizə qalır ancaq göz yaşı. İnanırsınızmı onun yoxluğundan sonra mən özümə gələ bilmirəm. Çox əziyyətdir, əzabdır. Vətənpərvər, vətən qədri bilən bir insanı itirmək çox ağırdır. O millətimizin, dövlətimizin, dövlət başçımızın sütunlarından biri idi” deyə sənətkar deyib.

Xalq artisti lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan da danışıb.

“Ordumuz qürurumuzdur. Vətən şəhidlərə borcludur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Hər vətəndaşa nəsib olmmayan şəhid atası, şəhid anası, şəhid övladı, şəhid ailəsi adını fəxrlə daşıyan hər kəsin qarşısında təzimim var” deyə sənətkar bildirib.

Geri qayıt