Əsas Səhifə > Şou-biznes > "Bu məsələyə daha çox diqqət yetirməyə ehtiyac var"

"Bu məsələyə daha çox diqqət yetirməyə ehtiyac var"


27-09-2023, 09:11
"Bu məsələyə daha çox diqqət yetirməyə ehtiyac var"
“Vətən müharibəsi ilə bağlı daha çox və daha sanballı filmlərin çəkilməsinə ehtiyac var”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq artisti qeyd edib ki, hələ ki, bu sahədə görülən işlər qənaətbəxş sayıla bilməz:

“Düşünürəm ki, biz Vətən müharibəsi, ordumuzun bu müharibədə göstərdiyi böyük qəhrəmanlıqlarla bağlı daha çox və daha səviyyəli filmlər çəkməli, bu qəhrəmanlığın təbliğinə xüsusi diqqət yetirməlyik. Necə ki, sovet dönəmində İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə igidliklər göstərən qəhrəmanlarla bağlı filmlər çəkilir, onların qəhrəmanlığı təbliğ olunurdu.

Azərbaycanda da Vətən müharibəsi ilə bağlı sanballı filmlərin çəkilməsi zəruridir. Bu, olduqca vacib bir məsələdir. Lakin düşünürəm ki, hələ ki, bu sahədə görülən işlərin səviyyəsi qənaətbəxş deyil. Bu məsələyə daha çox diqqət yetirməyə ehtiyac var”.

Geri qayıt