Əsas Səhifə > Şou-biznes > “Xoşbəxtliyim yoxdursa neynirəm o pulu, var-dövləti?”

“Xoşbəxtliyim yoxdursa neynirəm o pulu, var-dövləti?”


19-09-2023, 05:40
“Xoşbəxtliyim yoxdursa neynirəm o pulu, var-dövləti?”
“Qadına mütləq həyatda qadın xoşbəxtliyi lazımdır. Əgər o yoxdursa qalan hər bir şey boşdur. O məşhurluq da gəlib öz yerini tapıb gedir. Bir misal çəkim, tutaq ki, mənim varım-dövlətim, hər şeyim var. Əgər mən xoşbəxt deyiləmsə o pulu hansı günümə saxlamışam?! Xoşbəxtliyim yoxdursa o pulu neynirəm?! Xoşbəxtliyin yerini nə var-dövlət, nə qır-qızıl, nə pul, nə də mülk verməz. Mənim üçün gözəllik də, həyatın özü də sevgidir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Gənc Tamaşaçılar teatrının aparıcı aktrisa Naibə Allahverdiyeva deyib.

Sənətkar daha sonra əlavə edib.

“Sənət adamları çox həssas olurlar. Səhnədə o qədər stress keçirib, başqa insanların həyatlarını yaşayırlar ki. Bir yanda öz şəxsi həyatları, səhnədə isə milyonların həyatı. Bu sizə asan gəlməsin. Ruhən tez düşürük, xəstəliklərə qarşı həssas oluruq. Sənət adamlarının dəyərini vaxtında vermək lazımdır. O dəyər verilməyəndə sənətkar sönür, ruhdan düşür. Xarici aktyorlara baxıb həsəd aparıram, 90 yaşa qədər səhnədə olurlar. Bir yerləri də ağrımır. Baxırsan ki, hamısı da sağlamdırlar” deyə aktrisa bildirib.

Sənətkar səhətindən də danışıb. Bildirib ki, yeni kurs müalicələr alır.

“Ayaqlarım dəhşətli dərəcədə ağrıyır. Halım çox pisdir. Sınan ayağım nə haldadır. Mənə Türkiyədə əməliyyat dedilər. O əməliyyatı da etdirəndən sonra əlil ola bilərsən. Həkimlə dava da etdim ki, nə danışırsınız? Mən səhnədəyəm, sənət adamıyam. O da üzümə baxıb dedi ki, mən nə edə bilərəm?! Əlacı budur! Çıxıb gəlmişəm. Bakıda həkimlərə gedirəm. Hərə bir söz deyir. Ağrıkəsicilər içib məşqlərə qatılıramm. Tamaşalarımı da oynamalıyam. 100 metr gedən kimi ayağım ağrıyır. Ağrıkəsicilər də ağrını kəsmir. Ümid Allahadır” deyə o bildirib.
Geri qayıt