Əsas Səhifə > Şou-biznes > "Qardaşımın ölümündə əli olan bu “dığa” lar illərdir ki..."

"Qardaşımın ölümündə əli olan bu “dığa” lar illərdir ki..."


18-09-2023, 06:47
"Qardaşımın ölümündə əli olan bu “dığa” lar illərdir ki..."
Məşhur erməni “food blogger” Arusya Kafkaz yemək bişirərkən Mikayıl Müşfiqin sözlərinə yazılmış və xalq artisti Zeynəb Xanlarovanın sevə-sevə ifa etdiyi “Sənə qurban” mahnısını ifa edib.

Moderator.az-ın araşdırmasından sonra məlum olub ki, mahnını 15 il bundan öncə Andi adlı erməni müğənnisi “Garun” (Bahar) adı ilə ifa edib.

DİA.AZ xəbər verir ki, moderator.az-a açıqlama verən Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunis İsmayılzadənin qızı Reyhanə İsmayılzadə məlum məsələdən heç də təəccüblənmədiyini bildirib.

“Vaxtilə Müşfiqin ölümündən sonra, qardaşımın ölümündə əli olan bu “dığa” lar illərdir ki, ədəbiyyatımızın, incəsənətimizin klassik nümunələrinin oğurlanmasında səy göstərir, onları öz mahnıları, şeirləri və s. kimi təqdim edirlər. Sözsüz ki, dahi şairimiz M.Müşfiqin sözlərinə yazılmış mahnılarda da bu özünü göstərir. Mənim yanaşmamı, fikirlərimi öyrənmək istəsəniz, qeyd edə bilərəm ki, çox təəssüflənir və qəzəblənirəm bu məsələyə. Başda ailəmiz olmaqla bir çox Müşfiqsevər, Mikayıl Müşfiq irsini daim qoruyur və təbliğ edir. Ali Baş Komandanımızın yeritdiyi uğurlu siyasət, igid oğul və qızlarımızın şücaəti nəticəsində 44 günlük Zəfər müharibəsində olan qələbəmiz mənfur qonşularımızı qıcıqlandırır. Ona görə də onlar Azərbaycan xalqının sevimli şairlərinin, yazıçılarının, incəsənət xadimlərinin əsərlərini oğurlamaqla öz təxəyyüllərində “qisas” almağa çalışırlar. Vaxtilə Müşfiqin geri qalan ömrünü həmin millətin nümayəndələri necə oğurlamışdısa, indi isə onun yaradıcılığını oğurlamağa səy göstərir və davam edirlər. Mən bir daha qeyd etmək istərdim ki, çox təəssüflənirəm ki, belə hadisələr yaşanır və inanıram ki, ölkə rəhbərliyimiz tərəfindən bu kimi hadisələrin qarşısı alınacaq. Azərbaycan xalqı hər zaman yaşayıb-yaratmaqda davam edəcək, xalqımızın Müşfiq kimi dahi övladları çox olacaq, bizim xalqa həsəd aparan mənfur qonşumuz isə hər zaman paxıllıq, kin və küdurət içində olacaq. Bu səbəbdən sonda demək istərdim ki, Azərbaycanın tarixi, incəsənəti, ədəbiyyatı, həmçinin, dahi şair Mikayıl Müşfiqin yaradıcılığı nə qədər oğurlansa və təhrif olunsa da bəşəriyyət hər zaman haqqın tərəfində olacaq və olmaqda davam edəcək” deyə Reyhanə İsmayılzadə deyib.

Qeyd edək ki, “Sənə qurban” və ya “Sən Müşfiqin yanında” şeirini Mikayıl Müşfiq həyat yoldaşı Dilbər Axundzadə üçün yazıb.




Geri qayıt