Əsas Səhifə > Şou-biznes > Elnarə Xəlilova İlhamə Qasımova ilə gənc müğənniyə klip çəkdi

Elnarə Xəlilova İlhamə Qasımova ilə gənc müğənniyə klip çəkdi


10-09-2023, 07:47
Elnarə Xəlilova İlhamə Qasımova ilə gənc müğənniyə klip çəkdi
DİA.AZ: - Tanınmış müğənni Elnarə Xəlilovanın rəhbərlik etdiyi “El Yaradıcılıq Mərkəzi” növbəti layihəsini təqdim edib.

DİA.AZ xəbər verir ki, mərkəzin tələbəsi Firuzə Məmmədova tanınmış müğənni İlhamə Qasımova ilə bir araya gələrək illər öncə hitə çevrilmiş “Taleyim, gəl” mahnısını ifa edib. Duetə müğənni Elnarə Xəlilovanın ideyası əsasında ekran həyatı verilib.

Qeyd edək ki, bu müğənni Elnarə Xəlilovanın yaradıcılıq mərkəzinin tələbəsi üçün çəkdiyi ilk klip deyil. Sənətçi bundan öncə də bir neçə tələbəsinə klip ekranlaşdırıb. Həmin kliplər sosial şəbəkələrdə paylaşılıb və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Moderator.az-a açıqlama verən sevilən müğənni “Bu kimi layihələri ərsəyə gətirməkdə əsas məqsəd müasir estradanın, incəsənətin və mədəniyyətin əslində necə olmalı olduğunu gənclərə göstərə bilməkdir” deyə bildirib.

Müasir estradanı gənclərə sevdirən müğənniyə biz də yaradıcılıq fəaliyyətində uğurlar və yeni işlər arzu edirik.

Sözügedən klipi təqdim edirik:


Geri qayıt