Əsas Səhifə > Şou-biznes > “O qədər müğənnicik var ki, özlərinə sənətkar deyirlər”

“O qədər müğənnicik var ki, özlərinə sənətkar deyirlər”


5-09-2023, 10:42
“O qədər müğənnicik var ki, özlərinə sənətkar deyirlər”
“O qədər müğənnicik, aktrisa var ki, dünən gəlirlər, özlərinə sənətkar deyirlər. Mən özümə sənətkar demirəm, sənətçiyəm. Qoy sənətkarı mənə xalq desin. Demirlərsə demək ki, hələ sən o zirvəyə gəlib çatmamısan. 55 ildir ki, professional səhnədəyəm. Tamaşaçılarıma gülüş bəxş edirəm. Onlar yaxşını pisdən seçə bilirlər. Əgər xalq, tamaşaçılar mənə bu qədər dəyər verirsə, izləyirsə, sevirsə bundan böyük nə ola bilər?”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.

“Mən Akademik Musiqili teatrın aktrisasıyam. Özümə görə tamaşaçılarım, sevənlərim də az deyil. Yaradıcı insanam, səhnəyə çıxıram. Xına, toy olsa da olar, olmasa da. Bu gün müğənnilər el məclislərinə, aktrisaların da əksəriyyəti xına mərasimlərinə gedir. Xına anamız Fatimeyi Zəhranın cənnət məhsuludur. İnandırıram sizi, bəlkə də xınanı ölkəmizdə 3 adam düzgün idarə edir. 15 ildir ki, məclislərə gedirəm. Bəzən mənim də işlərimi buranlar olur. Bilmirəm nəyin paxıllığını çəkirlər” deyə sənətkar bildirib.

Xalq artisti illər öncə çalışdığı Ağdam Dövlət Dram teatrındakı fəaliyyətini də xatırlayıb.

“Orta məktəb şagirdi olanda Ağdamda xalq teatrında çalışmışam. Daha sonra 1968-ci ildə orada teatr açıldı. Teatrın direktoru Məmməd Əmirov məktəbə gəlib mənim üçün icazə aldı. O teatrın səhnəsi, pərdələri mənimlə açılıb. O zaman çox gənc idim. Mən o teatrın canlı tarixiyəm. Bilirsiniz ki, teatrın sütunları təkcə qalıb. Ölməsəm sağ qalsam çox istərdim ki, Ağdam teatrının pərdələri yenə də mənimlə, qızım Nigarla açılsın. Çünki orada Tofiq Qarayev kimi böyük sənətkarın ruhu gəzir. O tamaşa oynayanda iynə atsan yerə düşməzdi. Bir tamaşaya hər tamaşaçı 10-15 dəfə gəlib baxırdı” deyə xalq artisti bildirib.

Geri qayıt