Əsas Səhifə > Şou-biznes > “Ağadadaş Ağayev də təsdiq etmişdi ki, Elariz elit toylar kralıdır”

“Ağadadaş Ağayev də təsdiq etmişdi ki, Elariz elit toylar kralıdır”


1-09-2023, 06:24
“Ağadadaş Ağayev də təsdiq etmişdi ki, Elariz elit toylar kralıdır”
“Azərbaycanda hər zaman toylarla dolanmışam. “Elit toylar kralı” adını xalq mənə elə-belədən verməyib. İnsan var ki, özü-özünə titul verir. Amma bir Allah bilir ki, o vaxt keçirilən bu sorğudan heç mənimm xəbərim də olmayıb. Mən ziyalı, elit insanların toylarında ifa edirdim. Xalq artisti Ağadadaş Ağayev də təsdiq etmişdi ki, Elariz həqiqətən də elit toyların kralıdır. Toylarında oxuduğum insanlar Amerikada mənə yaxınlaşıb, tanış olurlar. Bundan gözəl nə ola bilər ki?! Çox sevinirəm, fərəhlənirəm. Biləndəki o ailələr xoşbəxtdirlər sevinirəm, qürurlanıram”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elariz Məmmədoğlu deyib. O daha sonra əlavə edib.

“ “Green-card” qalibi olmaq hər adama qismət olmur. Çoxu yazır ki, biz necə Amerikaya gələk?! Deyirəm ki, “green-card” udun, gəlin. Bu böyük şansdır. Allah təala özü bunu sənin üçün təşkil edir. Amerikaya köçməyim bəzi insanlar tərəfindən birmənalı qarşılanmadı. Təbii ki, bilib-bilmədən çox şey danışdılar. Biri dedi ki, taksi sürücüsü işləyir, o biri dedi ki, biznes qurmağa gedib. Allah hər birinin köməyi olsun. Sosial şəbəkələrdə məni dəstəkləyən böyük tamaşaçı qüvvəsi var. Biri neqativ söz yazan həmin insanlar onların cavabını verir. İnsan işlə məşğul olanda boş qalmır. İşlə məşğul olmayanlar boş qalır və ona-buna mənfi rəylər yazırlar. Onlara arzu edirəm ki, başları sözün əsl mənasında işlərinə qarışsın” deyə müğənni bildirib.

Müğənni heç bir bizneslə məşğul olmadığını bildirib.

“Harada yaşamağımdan asılı olmayaraq vətənimi çox sevirəm. Sənətim müğənnilikdir, Amerikada da onunla məşğul oluram. Burada bizim musiqini çox sevirlər. Buradakı azərbaycanlılar deyir ki, Allah səni bizim üçün göndərib. Başqa sənətim yoxdur. Hələ ki, bir bizneslə məşğul olmuram. Yalnız müğənnilikdən qazanıram. Əgər bir təklif olarsa biznesə də başlaya bilərəm” deyə sənətçi bildirib.
Geri qayıt