Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənni üçmərtəbəli villa tikdirir

Azərbaycanlı müğənni üçmərtəbəli villa tikdirir


13-02-2014, 12:50
Azərbaycanlı müğənni üçmərtəbəli villa tikdirir
Müğənni Elton Hüseynəliyev üçmərtəbəli villa tikdirir.

Bu barədə Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçinin özü deyib.

Onun sözlərinə görə, yeni mənzili üçün həyat yoldaşının ideyası əsasında fərqli dizayn hazırlanıb:

"Həyət evimi söküb yenidən tikdirirəm. İlk mərtəbədə böyük zal, ikincidə otaqlar, üçüncüdə isə məşq edə biləcəyim məkan düzəldiləcək".

Elton həmçinin bildirib ki, özünə yeni orkestr yaradıb:

“Hazırda onlarla məşq edirik. Verilişlərə orkestrımla qatılıb, canlı ifa təqdim edəcəyəm. Eyni zamanda solo konsertimin hazırlıqlarına başlamışam”.

Geri qayıt