Əsas Səhifə > Şou-biznes > Şeyx Əbdül Nigarın hədəsinə cavab verdi:

Şeyx Əbdül Nigarın hədəsinə cavab verdi:


25-08-2023, 15:46
Şeyx Əbdül Nigarın hədəsinə cavab verdi:
“Mən Nigar adlı müğənni tanımıram. Ola bilsin ki, ümumi kontekstdə söhbət eləmişik, amma mən onu tanımıram. Getsin sübut etsin ki, mən onun adını çəkmişəm”.

DİA.AZ bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudov deyib. Nigar Süleymanovanın onu məhkəməyə verməklə hədələməsinə münasibət bildirən Əbdül Mahmudov bildirib ki, müğənnini tanımır:

“O ki qaldı məhkəməyə, mən məhkəmədən qaçmıram ki. Kim Azərbaycan xalqına, mədəniyyətinə, əxlaq və mənəviyyatına qarşı çıxırsa, mən onun qarşısındayam. Bu belədi. İstəyir Nigar olsun, dədəm olsun, istəyir lap nənəm olsun, dəxli yoxdur.

Amma o xanım haqda eşitməmişəm, kim olduğunu da bilmirəm. Mən uşaq deyiləm. Əgər o gündəmə gəlmək, popyular olmaq istəyirsə, Allah işini avand eləsin. Mənim mövqeyimi bütün jurnalistlər bilir. O yerdə ki, milli-mənəvi dəyər var, əxlaq var, mənəviyyat var, mən qılınc kimi dayanmışam o işin qabağında.

Mənim üçün millət içində doğma, yad yoxdur. Xalq var. Mənim üçün müqəddəs 3 dəyər var: Xalq, Vətən, Müstəqillik. Mənim adımı hallandırmaqla gündəmə gəlməyə çalışmaq onun üçün arzuolunmaz nəticə verər. İctimaiyyət də yəqin ki bu işdən razı qalmaz. Tanımadığım adam haqqında fikir bildirmirəm. Gəlsin mahnı oxusun, fikir bildirərəm. Heç təsəvvürüm yoxdur ki, o xanım kimdir. Ümumi kontekstdə danışmışam”.

Geri qayıt