Əsas Səhifə > Şou-biznes > Nəsimi Nəbizadə yeni işində alacağı maaşını açıqladı: Beş min dollar...

Nəsimi Nəbizadə yeni işində alacağı maaşını açıqladı: Beş min dollar...


23-08-2023, 15:15
Nəsimi Nəbizadə yeni işində alacağı maaşını açıqladı: Beş min dollar...
Tanınmış teleaparıcı, əməkdar jurnalist Nəsimi Nəbizadənin Azərbaycan Televiziyasında işə başlaması ilə bağlı xəbərlər yayılıb. "Sherg.az" Nəsimi bəyin yeni işi ilə maraqlanıb, onunla qısa həmsöhbət olub. DİA.AZ həmin söhbəti təqdim edir:

-Azərbaycan Televiziyasına sizi kim dəvət etdi?

-Rəhbərlik...

-Hansı vəzifədə çalışırsız?

-Hazırda redaktor vəzifəsində çalışıram, amma aparıcılıq mənim sənətimdir...

-Sizi yenidən efirdə görəcəyik?

-Böyük ehtimalla bəli...

- Səhhətiniz necədir?

-Çox yaxşıyam, əvvəlkindən daha yaxşı... Yüksək stimul və həvəslə tətil mövsümünün bitməsini gözləyirəm ki, davamlı işə başlayım...

-İş yoldaşlarınıza alışmısız?

-İş yoldaşlarımın yarısı "köhnə", yarısı "təzələrdi"... Birincilərlə illərdi alışmışıq da, yanmışıq da, sönmüşük də... İkinciləri mən özüm "alışdırmağa" çalışıram...

-Sizin işə qayıtmağınızı sosial şəbəkələrdə çox yaxşı qarşıladılar bunu necə dəyərləndirirsiniz?

- Bilirsiniz, efir adamı 2 günə məşhur da edə bilər, cəmi 2 gün görünməyəndə tamaşaçı səni tamamilə unuda da bilər... Mən elə bilirdim təkcə özümə pislik etmişəm. Sən demə elə deyilmiş. Sosial aləmdə uzun müddətdi yox idim... İncitmişəm onları... Bunu gördüm, çox təsirləndim... Münasibətləri ilə mənim boynuma məsuliyyət qoyurlar, şans tanıyırlar. Bu tamam başqa "yükdü"... Mən hər şeyi yaxşı dərk edirəm, anlayıram. Tamaşaçılarıma, əsl dostlara, sosial şəbəkə izləyicilərinə və həmkarım Rövşən Məmmədova minnətdaram. Var olsunlar...!

-Sirr deyilsə nə qədər maaş alacaqsız?

-Beş min dollar (gülür).

Geri qayıt