Əsas Səhifə > Şou-biznes > Vaxtımız dəyərlidirsə, niyə onu ZAY EDİRSİNİZ?

Vaxtımız dəyərlidirsə, niyə onu ZAY EDİRSİNİZ?


20-08-2023, 08:23
Vaxtımız dəyərlidirsə, niyə onu ZAY EDİRSİNİZ?
"ARB24" deyə bir kanal var, hansı başlığına baxırsan, Təcili deyə başlıq yazır. Sözdə hər gün Xankəndinə anti terror əməliyyatı təşkil edirlər. Hər ay Xankəndini alıb verirlər bizə sonradan qaytarırlar separatçılara. İlk baxışdan düşünürsən ki, fərqli və çox ciddi məlumat verəcək, amma normal məlumat verdiyi bir xəbər yoxdur. Hər kəsin bildiyi xəbərləri hay-küylü başlıqla paylaşırlar. Məsələnin özünə baxırsan, təcili bir şey yoxdur, sadə bir məlumatdır.

Bu, rəsmən dələduzluq, izləyicini şou, hay-küy hesabına aldatmaqdır. Yalançı başlıqlarla izləyici toplamaqdır.

Bir ara belə şeyləri "facebook saytları", yaxud reket mətbuat edirdi. İndi də bu missiyanı "ARB24" üzərinə götürüb.. Mətbuat Şurası və Yayım Şurası belə məsələlərə diqqət edərsə, yaxşı olar...

Rəşad Quliyev - DİA.AZ

Redaksiyadan: İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt