Əsas Səhifə > Şou-biznes > Hiss "Nostalgiya" yaşadacaq

Hiss "Nostalgiya" yaşadacaq


18-08-2023, 14:16
Hiss "Nostalgiya" yaşadacaq
DİA.AZ: - Müğənni Hiss avqusta olan növbəti işini təqdim edib.

DİA.AZ xəbər verir ki, sənətçi "Nostalgiya" adlı mahnısına ekran həyatı verib. Bəstənin sözləri və musiqisi Asoundady (Abbas İsmayılov), arajimanı isə Nihad Məlikova məxsusdur. Çəkilişlərinə iyunda start verilən klip Lənkərandakı Hirkan Milli Parkında yerləşən Xanbulan gölü və onun ətrafında Emil Jaar (Emil Həşimli) tərəfindən lentə alınıb. Quruluşçu rejissoru və operatoru da elə Emil özüdür. Bu, Hissin Emil Jaar ilə sayca üçüncü işidir. Bundan əvvəl onlar "Karma", "Zəng elə" mahnısının da klipini birgə işləmişdilər. "Sevənlərimə söz verdiyim kimi artıq onları çox gözlətməyəcəyəm. "Nostalgiya" mahnınısını düşünürəm ki, hamı bəyənəcək. Fasiləsiz bu yayın sonuna növbəti yeni treklərimi də ard-arda təqdim edəcəyəm" - deyə Hiss bildirib.

Klip subyektiv kadrlarla çəkilib. Hiss bu klipdə avtostop çəkərək maşınına minib tanış olduğu adamın gözündən göstərilir. Klip sənətçinin rəsmi "YouTube" kanalında yaymlanmaqdadır.


Geri qayıt