Əsas Səhifə > Şou-biznes > "Yeni mövsümdə bütün seriallar çəkilsin qırağa sadəcə bizə baxsın"

"Yeni mövsümdə bütün seriallar çəkilsin qırağa sadəcə bizə baxsın"


13-08-2023, 06:55
"Yeni mövsümdə bütün seriallar çəkilsin qırağa sadəcə bizə baxsın"
Bir dönəmə damğa vuran "Vicdan haqqı" serialının baş qəhrəmanlarını canlandıran Elxan Yunis və Kəmalə Müzəffər uzun aradan sonra yenidən ekranda tərəf müqabili olacaqlar.

DİA.AZ xəbər verir ki, bu barədə aktyor və prodüser Cövdət Şükürov məlumat verib.

O qeyd edib ki, onlar Xəzər TV-nin efirində yayımlanacaq serialda oynayacaqlar.

"Yeni mövsümdə bütün seriallar çəkilsin qırağa sadəcə bizə baxsın. 1- ci bölümə baxandan sonra bu seriala baxmayan adam olmayacaq"-, deyə Şükürov bildirib.

Layihə rəhbərinin Cövdət Şükürov, serialın quruluşcu rejissoru Ramin Nəbiyev, ssenari müəllifi Gəray Həsənovdur.

Serialda rolları Elxan Yunis, Kəmalə Müzəffər, Arzum Kərimova, Zemfira Əbdülsəmədova, Sənan Kazımov, Cövdət Şükürov, Aysel Nəsirzadə, Tural Baxış canlandıracaq.
Geri qayıt