Əsas Səhifə > Şou-biznes > "Mənə pis olma..."

"Mənə pis olma..."


9-08-2023, 14:35
"Mənə pis olma..."
DİA.AZ: - Müğənni Hiss 8 aydan sonra yeni mahnısı və klipini təqdim edib.

DİA.AZ xəbər verir ki, musiqisi və sözləri YAP10-a (Zamiq Əliyev), aranjimanı isə Nihad Məlikova məxsus olan mahnı "Mənə pis olma" adlanır.

Çəkilişləri Türkiyənin Antalya şəhərində baş tutan ekran işinin rejissorluğunu İsmayıl Eren Yalçın edib. Hiss bir-birindən fərqli obrazlarda kamera qarşısına keçib.

Yeni işi ilə çox iddialı olan ifaçı bu treki "Yayın son hiti" adlandırıb.

Klip Hissin "Youtube" kanalında və mahnı isə bütün musiqi platformalarında yayımlanmaqdadır.


Geri qayıt