Əsas Səhifə > Şou-biznes > Türkiyədə konsert verəcək Castindən şok istəklər

Türkiyədə konsert verəcək Castindən şok istəklər


11-02-2014, 08:39
Türkiyədə konsert verəcək Castindən şok istəklər
İlk dəfə Türkiyədə konsert verməyə hazırlaşan Castin Timberleyk hər kəsi təəccübləndirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, istanbulda qalacağı 3 gün üçün maraqlı istəklərinin olduğu söylənilib.

Ulduzun əsl təmizlik xəstəsi olduğu bildirilib. Castin liftə tək minmək, qapı dəstəklərinin daim dezinfeksiya edilməsi, qalacağı otelin bir mərtəbəsinin sadəcə onun üçün ayrılması kimi istəklərini dilə gətirib. Bundan başqa, Timberleyk kondisioner filtlərinin dəyişdirilməsi, istiliyin 22 dərəcədə sabitləşdirilməsi, onun üçün bir idman salonu və kompüter oyunu otağı hazırlanmasını də tələb edib.

Geri qayıt