Əsas Səhifə > Şou-biznes > “Nənəm bəy qızı olub, geyinib-keçinmək, bər-bəzək mənə ondan keçib”

“Nənəm bəy qızı olub, geyinib-keçinmək, bər-bəzək mənə ondan keçib”


7-08-2023, 08:25
“Nənəm bəy qızı olub, geyinib-keçinmək, bər-bəzək mənə ondan keçib”
“Sənətin varsa, səviyyəli mahnın varsa sən bu gün varsan. Biz indinin sənətkarları deyilik. Bəlli bir keçmişimiz var. Gözəl mahnılarla, nəğmələrlə böyümüşük. Durub indi başqa mahnılar oxuyub, necə sevilə bilərik?! Səviyyəsiz, keyfiyyətsiz musiqiləri ifa etmək bizim üçün iki vur ikidir. O mahnıların da içində illərlə süzgəcdən, ələkdən keçib sevilənləri var”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O daha sonra əlavə edib.

“Hara gedirəmsə insanların sevgisi ilə rastlaşıram. Allaha deyirəm ki, bunu məndən alma, yoxsa ölərəm. Bu başqa bir hissdir, onu yaşamaq lazımdır” deyə müğənni bildirib.

Ruhəngiz Allahverdiyeva əl işlərindən də danışıb.

“Aksesuarlarımı, bijuteriyalarımı özüm hazırlayıram. Çox gözəl də alınır. Allah mənə bu istedadı verib də. Elə əşyalarım olub ki, hədiyyə vermişəm. Amma pul ödəyib alanlar da olub. Mənim nənəm bəy qızı olub. Gözəl geyinib, keçinib. Mənə də yəqin ki, bu bər-bəzək, geyim-keçim ondan keçib” deyə sənətkar bildirib.

Müğənni bildirib ki, toylarda ondan canlı oxumağını istəyirlər.

“Toylara gedəndə şou proqramla gedirik. Bir çox yerlərdə deyirlər ki, fanaqram oxuyun. Elə insan var gəlib deyir ki, biz istəyirik siz canlı ifa edəsiniz. O adam mənə canlı oxumağım üçün gəlib pul ödəmir ki. Mən yenə də hörmət naminə canlı oxuyuram. Bəzən ya disk, ya flaşkart evdə qalır, canlı oxuyuram” deyə müğənni bildirib.

Ruhəngiz Allahverdiyeva bildirib ki, indi efirlərə çıxmaq asandır.

“Biz də zamanımızda şahidi olmuşuq ki, xalq kimləri sevir, kimləri yox. O zaman çox çətin idi. İxtiyarın nə idi saçını qeyri-adi üsulla yığasan. Efirlərdə artıq-əskik sözlər danışa bilməzdin. O qədər qadağalardan ələnib bu günlərə gəlmişik” deyə müğənni bildirib.
Geri qayıt