Əsas Səhifə > Şou-biznes > “Qaynatamın sözündən sonra bu mövzu bağlandı”

“Qaynatamın sözündən sonra bu mövzu bağlandı”


3-08-2023, 23:23
“Qaynatamın sözündən sonra bu mövzu bağlandı”
“Sənət adamından dostum yoxdur desəm yalan olar. Var, sənətdə dostluqlar var. Amma mən həmişə sərhəd, məsafə saxlamışam. Bir yerdə deyib-güldüyüm adamlar var, amma məsafə, sərhəd yaxşı şeydir. Nəinki dostluqda, ümumiyyətlə hər şeydə sərhəd saxlamaq lazımdır. Sərhəd, məsafə insanı hörmətli, izzətli edir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra oğlu Babəklə duetlər ifa etməsindən danışıb.

“Oğlum Babəklə ilk dəfə Nisə xanım Qasımovanın verilişinə qonaq çıxmışdım. Reklam fasiləsi zamanı Nisə xanım dedi ki, bu sənin həqiqətən oğlundur? Yoxsa yalan deyirsən? (gülür). Dedi ki, mən bilmirdim sənin bu boyda oğlun var. Onunla duet oxuyuram. Başqa heç kimlə duet oxumuram. Kimlə duet oxuyuramsa səhəri gün başqa söz danışırlar (gülür)” deyə aşıq bildirib.

Xanım aşıq bu sənətlə ciddi məşğul olmağın vacibliyindən söz açıb.

“Şirvan bölgəsində aşıqlarda bir az sərbəstlik var. Onlar sazı çiyinlərinə də ala bilərlər, rəqs edərək ifa edə bilərlər. Qərb bölgəsində bir az başqa cürdür. Ağır formada saz ifa edirlər. Bu normaldır. Əlbəttə ki, saz bizim milli, müqəddəs musiqi alətimizdir. Onu alçaltmaq, başqa formada ifa etmək heç kimə baş ucalığı gətirməz. Bir də ki, hər kəsin öz yolu var. Kimi istəyir düz yolla gedər, kimi də istəyər qaranlıq yolla” deyə aşıq bildirib.

Aşıq Zülfiyyə həyat yoldaşı Sakit bəyin qısqanclıqlarından da danışıb.

“Əvvəllər məclislərə həyat yoldaşımla bərabər gedirdim. İndi artıq onu Babək əvəz edir. Yeni evlənəndə həyat yoldaşımın qısqanclıqları olurdu. Cavan oğlanlar gül gətirirdi. Mənə deyirdi ki, görürsən ki, gül gətirən cavan oğlandır səhnədən çıx. Deyirəm ki, ayıbdır. Ona görə aramızda davalar olurdu. Görürdüm ki, konsertdən, çəkilişdən gələndə inciyir, məni danışdırmır. Bir dəfə qaynatama dedim ki, əgər biri mənə gül gətirirsə, səhnədən çıxmağım tərbiyəsizlik deyilmi?! O da dedi ki, qətiyyən olmaz. Ondan sonra bu mövzu bağlandı” deyə sənətçi bildirib.
Geri qayıt