Əsas Səhifə > Şou-biznes > “Bu sevgini, hörməti görməsəm günü bu gün sənəti də, səhnəni də tərk edərəm”

“Bu sevgini, hörməti görməsəm günü bu gün sənəti də, səhnəni də tərk edərəm”


28-07-2023, 03:12
“Bu sevgini, hörməti görməsəm günü bu gün sənəti də, səhnəni də tərk edərəm”
“İşini sevməlisən. Sevgisiz mümkün deyil. O vaxt toyları danışandan sonra ev yiyəsi ilə razılaşdığım qiyməti unudurdum. Elə oxuyurdum, məclisi qızışdırırdım ki, heç nə yadımda qalmırdı. Öz aləmimdə olurdum. Toy bitəndən sonra yadıma düşürdü ki, indi pul almaq lazımdır. Pulu, populyarlığı düşündünsə sən batacaqsan. Gərək sənəti sevəsən və öz üzərində işləyəsən. İndi əlbəttə ki, sistem tam başqadır. Hamı pulu, məşhurluğu düşünür”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib. O daha sonra əlavə edib.

“Mən Mədəniyyət və İncəsənət universitetində estrada fakültəsində pedaqoji fəaliyyətlə məşğulam. Musiqilərlə, yeni yaranan mahnılarla bağlı gənclərlə çox söhbətlərimiz olur. Gənclər sənətə yeni janr gətiriblər. Melodiya yoxdur, mahnının girişi yoxdur. Bu yeni nəfəs olsa da şəxsən mən bəyənmirəm. Qəbullana bilmirəm, sonra bilmirəm ki, necə olacaq? Mən öz dövrümüzü, özümüzdən əvvəlki dövrü daha çox bəyənirəm” deyə müğənni bildirib.
Müğənni sənətdəki dostluqlardan da danışıb.

“Bəzən deyirlər ki, bu sənətdə dostluq yoxdur. Belə bir məsəl var: “Dəyişmək istəyirsənsə birinci özündən başla”. Dostluq edə bilməyənlər birinci özlərinə baxsınlar, günahı özlərində görsünlər. Dostluq var, sadəcə olaraq əsl dostluğu yaratmalısan, tapmalısan. Mənim də sənətdə həm bəy, həm də xanım dostlarım var” deyə sənətçi bildirib.

Nüşabə Ələsgərli ona olan tamaşaçı sevgisindən də danışıb.

“Bir nəfəri hamı sevə bilməz, pərəstişkarı ola bilməz. Mən getdiyim yerlərdə üstümə gələn insanların üzlərindəki sevinci, sevgini görürəm. Toylarda gəlib xoş sözlər deyirlər. Tamaşaçı sevgisi başqa bir xoşbəxtlikdir. Bu hər tanınmış insana qismət olmur. Bu sevgini görməsəm günü bu gün səhnəni də, sənəti də tərk edərəm. Müğənninin şansı onun istiqanlılığında, sadəliyindədir” deyə müğənni bildirib.
Geri qayıt