Əsas Səhifə > Şou-biznes > “Oğlumu oynayan uşaqlardan biri dənizdə batdı”

“Oğlumu oynayan uşaqlardan biri dənizdə batdı”


19-07-2023, 06:59
“Oğlumu oynayan uşaqlardan biri dənizdə batdı”
“Biz bu sənətə gələndə nə maaş, nə ailə fikirləşmirdik. Deyirdik ki, bircə sənətdə arzu etdiyimiz rolları oynayaq. Mən o rollarla, obrazlarla sənətə gəlmişəm. Çox rollar var idi ki, mənə onları oynamaq qismət olmayıb. Çünki xarici görünüşümlə həmin obrazlar düz gəlməyib. Mən axı xarici görünüşcə Hamlet, Otello deyiləm. Amma arzularım onlar olub. Kaş Allah məni elə siftədə yaradaydı ki, o rolları oynaya bilərdim. Rejissorlar mənə baxan kimi deyərdilər ki, bu obraz Valehindir. Onlar mənə qismət olmayıb. Sənətə gələndə elə bilirdim ki, Cəfər Cabbarlının əsərləri ilə tanınacam. Onların heç birini oynamamışam” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Valeh Kərimov deyib.

“Moşu obrazı məni dala atdı, sənətimi kölgədə qoydu. Kino sahəsində əlbəttə ki. “Bəxt üzüyü” filmindən sonra teatrda dramatik obrazlar oynamışam. Amma filmə gedəndə rejissorlar deyib ki, sifət Moşudur da. Onunla da mənim film həyatım bitib. “Bəxt üzüyü” filminin çəkiliş arxası kadrları o qədər gülməli və maraqlı idi ki. Amma buna baxmayaraq təhlükələrdən də yan keçmədi. Oradakı uşaqlardan biri Afaq Bəşirqızının öz oğlu idi. Orada iki qardaş da var idi. Fasilə vermişdilər, baş qarışmışdı, o uşaqlardan biri gedib girmişdi dənizə. Bir də gördük ki, haray qışqırıq qopdu. Tez gedib uşağı batmaqdan xilas etdilər” deyə sənətkar bildirib.

Valeh Kərimov yenidən Afaq Bəşirqızı ilə səhnə bölüşmək istəyindən də danışıb.

“Bizim yaradıcılığımız hər zaman bir-birimizə bağlı olub. Bir-birimizi hər zaman yaxşı mənada başa düşmüşük. Həmişə arzulayıram ki, nə olardı ki, bizi bir dəfə yenidən bir tamaşada Afaq xanımla bir araya gətirərdilər. Şəxsən mənə o tamaşanın heç pulu da lazım deyil. Bu teatr üçün böyük bir faciə deyil. Bir-birimizlə yeni tamaşalar yaradaq, yeni işlərlə gündəmə gələk. Əlbəttə ki, belə bir təklif olarsa şəxsən mən beşəlli razılaşaram” deyə xalq artisti bildirib.

Sənətkar bəzi hərəkətləri qüruruna sıxışdırmadığını bildirib.

“Heç vaxt qapı döyməmişəm. Döymüşən 1 dəfə, 2-ci dəfə yadına salmışam. Mən bunu edə bilmirəm. Edənlərə də pis baxmıram, qınamıram” deyə aktyor bildirib.
Valeh Kərimov həyat yoldaşının ölümündən də danışıb.

“Həyat yoldaşımın ölümünü təbii qarşıladım. Uzun zaman idi ağır xəstə idi. Bəlkə də övladlarım hazır deyildi, amma mən hazır idim. Qardaşlarım da cavan-cavan rəhmətə gedib. Artıq təcrübəm var idi. Bilirdim ki, yoldaşım bu xəstəliklə 1-2 ay yaşaya bilər. 2-ci dəfə evlənmədim, bunu özümə sıxışdırmadım. Mənim aləmimdə kişi bir dəfə evlənər” deyə sənətkar bildirib.
Geri qayıt