Əsas Səhifə > Şou-biznes > “Bir qadın yazmışdı ki, öz oğlu pis yoldadır, xalqa dərs verir, o qadını tapdım”

“Bir qadın yazmışdı ki, öz oğlu pis yoldadır, xalqa dərs verir, o qadını tapdım”


18-07-2023, 17:31
“Bir qadın yazmışdı ki, öz oğlu pis yoldadır, xalqa dərs verir, o qadını tapdım”
“Teatrdan getməyimə rəğmən oranı sevirəm. Bütün aktyorları sevirəm. Bu günlərdə yas mərasimində xalq artisti Zemfira Nərimanova ilə görüşdüm. İkimiz də qucaqlaşıb ağlaşdıq. Özü də nətər ağladıq?! Yas qaldı bir tərəfdə, bir hönkürtü ilə ağladıq. Mən o kollektivi sevirəm, kollektiv də məni sevir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.

“Musiqili Teatrda bir çox sənətkarlarla tərəf müqabili olmuşam. Artıq mənim yaşım 75-ə çatır. Bəzən deyirlər ki, yaşını demə, göz dəyər. Yaş da artıq öz sözünü deyir. Nə qədər də dik gəzsəm, bəzən bu olmur. Həyat özü deyir ki, sən artıq belə yeriməlisən. Ey gənclər, həyat sizindir, tələsməyin. Pilləkənləri 10-10 atmayın. Addım-addım çıxın, bir də görəcəksiniz ki, yuxarı pillədəsiniz” deyə sənətkar bildirib.

Sənətkar gənclik illərində çəkdiyi əziyyətlərdən də danışıb.

“Gənclik yaşamamışam, çox əziyyət çəkmişəm. Bu günki püxtələşmiş Kübra kimi o vaxtkı əzablı gəncliyimə minnətdaram. İnsanın həyatda hər bir şeyi qazanacam deyə nə haqqı var, nə də bu ona qismət olur. Bu bir qismətdir. Gəncliyin gözəl keçə bilər. Ataların bir məsəli var, deyir ki, “Axırı gələnlərdən olsun ay bala”. Mən axırı gələnlərdən oldum. Gəncliyim çox çətin, ağır, dərdli, zəhmətli keçib. Bunların hamısına sinə gərdim. Əgər gənclər əziyyət çəkməyi istəmirlərsə, onların axırı olmaz. Bu Allahın bir qismətidir. Allah hər kəsi bir sınağa çəkir. Bəlkə də o illərdə bilmirdim ki, bu bir sınaqdır. Amma həyat dərsi mənə göstərdi ki, rəbbim məni gözəl sınağa çəkdi. Mən bir oğul itirdim, bu da ana üçün bir zərbədir. Şükürlər olsun onun balasına, rəbbim ona çox gözəl bir həyat bəxş etdi. Bir nənə, ana kimi onu yerbəyer etmək istəyirəm” deyə sənətkar bildirib.

Aktrisa heç kimi qınamadığını bildirib.

“Həyat təcrübəsi böyük şeydir. 16-17 il bundan əvvəl öz yaxınıma da dediyim söz yerini tapmayanda, bu gün deyir ki, kaşki sənə qulaq asaydım. Bu mənim çəkdiyim həyat təcrübəsindən irəli gəlir. Bir də ağıl. Ağılsız olsaydım o əzablara dözməzdim, tamam başqa cür olardım. Bir gün gördüm ki, kimsə mənim haqqımda yazıb ki, öz oğlu bu yoldadır, xalqa dərs verir. Mən o qadını axtarıb-tapdım və onun səhifəsinə girib, ailəsində olan xoş günlərin hamısına gözəl sözlər yazdım. Etmə bunu, heç kimi qınama. Bu həyatda qınaq qədər günah yoxdur. Hətta gözünlə görürsən ki, bu insan böyük bir səhv edir, qınama, bacarırsansa yardım et. Heç kimin qeybətini etmərəm, qınamaram. Kübrabəyimdə bu yoxdur” deyə sənətkar bildirib.

Geri qayıt