Əsas Səhifə > Şou-biznes > “Maral, maral” getdi, yerinə “Boylana-Boylana” gəldi

“Maral, maral” getdi, yerinə “Boylana-Boylana” gəldi


7-02-2014, 14:29
“Maral, maral” getdi, yerinə “Boylana-Boylana” gəldi
DİA.AZ: - Cəmi həftədir dövriyyəyə buraxılan “Boylana-Boylana” mahnısı artıq çoxları tərəfindən sevilməkdədir. Sosial şəbəkələrdə mahnı həm çox yüklənilir və həm də bir çox insanlar tərəfindən paylaşılır.

DİA.AZ bildirir ki, havaların soyuqluğu ilə əlaqədar toyların az olmasına baxmayaraq, mahnı el şənliklərində sürətlə yayılır.

“Boylana-Boylana” mahnısının ifaçısı Ramal Əsədzadə bu haqda DİA.AZ-a açıqlama verib.O bildirib ki, bu mahnını təkcə toylar üçün ifa etməyib: “Son zamanlar yazılan mahnıların əksəriyyəti lirikadır və belə mahnılar insanlarda bədbinlik yaradır. Mənim mahnım isə çox pozitiv mahnıdır. Dinləyənlər rəsmi və şəxsi “facebook” ünvanlarıma təşəkkür məktubları göndərirlər. Bir müğənni üçün bundan böyük xoşbəxtlik ola bilməz”.


Geri qayıt