Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova Türkiyəyə niyə gedib?

Aygün Kazımova Türkiyəyə niyə gedib?


7-02-2014, 09:53
Aygün Kazımova Türkiyəyə niyə gedib?
Xalq artisti Aygün Kazımova bir neçə gün öncə Türkiyəyə yola düşüb.

Axşam.az-ın məlumatına görə, müğənninin səfərinin məqsədi yeni müqavilə imzaladığı DMC şirkəti ilə layihələrini gerçəkləşdirməkdir.

Bununla bağlı A.Kazımova ötən gün şirkətin rəhbərlərindən olan Samsun Dəmirlə bir araya gəlib. Şam yeməyinə çıxan tərəflər fotolarını sosial şəbəkədə paylaşıblar. Xalq artisti “Yeni layihələrə az qaldı” sözlərini şəkillərə əlavə edib.

Aygün Kazımova Samsun Dəmirlə türkiyəli müğənni Ajda Pekkanın birlikdə fotosunu da səhifəsində paylaşıb. Sənətçi bununla da Ajda Pekkanın meneceri ilə işbirliyi qurduğunu təsdiqləyib.

Qeyd edək ki, xalq artisti ilk dəfə Türkiyədə "Dokkuzsekkiz" musiqi şirkəti ilə işbirliyinə başlayıb. Bura ilə müqaviləsi başa çatdıqdan sonra o, "Pol production"la çalışıb. Amma az vaxt keçmədən müğənni bu şirkətlə işbirliyinə son qoyaraq, DMC ilə çalışmağa başlayıb.

Geri qayıt