Əsas Səhifə > Şou-biznes > "Bu toplum buna layiqdi..."

"Bu toplum buna layiqdi..."


9-07-2023, 11:31
"Bu toplum buna layiqdi..."
DİA.AZ: - "Elza Seyidcahan AYB-dəkilərin ən azı 90%dən daha zövqlü , daha savadlı, daha istedadlıdır. Onun ən böyük istedadı isə bu toplumun nəbzini dəqiqliklə duya bilməsidir". DİA.AZ bildirir ki, bunu son günlərin əsas müzakirə mövzusu kimi diqqətə gələn müğənni- bəstəkar Elza Seyidcahanın AYB-yə üzv olmasına münasibət bildirən keçmiş deputat Etibar Hüseynov söyləyib.

O daha sonra əlavə edib: "Elza daima gündəmdə olmağın, diqqət mırkəzində qalmağın yolunu hamıdan yaxşı bilir. Nə olsun ki, yaxşı müğənni, istedadlı bəstəkardır, onun özünü "gijdiyə" qoyub yazdığı "şer"ləri kənara qoysaq, kimiydi Elzanı itirib-axtaran, efirlərə, toylara çağıran. Kimə lazımıydı bəstəkar-müğənni Elza? Yoxsa düz demirəm?
Elə onun da münsiflərdə əyləşdiyi bir şer yarışmasında onlarla istedadlı şair üzə çıxdı-hanı onlar? Hansı birinə dəstək oldu televiziyalar, qocaman şair və yazıçılarımız? Bax bütün bunları da Elza görür, bilir, yaşayır. O yaxşı biri ki, bizim məkanda gündəmdə qalmağın yolu ya soyunmaqdı, ya da "gijdəmək'. Əslinə qalanda 2-ci yol, 1-ciyə nisbətdə daha çətindi. Amma buna baxmayaraq o 2-cini seçdi. Ona görə də bu gün TV-radioların ən reytinqli proqramları Elzanı efirinə dəvət etmək üçün növbəyə dayanıb. Sosial şəbəkələr "Elza" deyib "partlayır". Ortaya düşüb heyterlik edənlərin də bütün çabaları boşunadı. Elza hər gün daha çox parlayır.
Bir sözlə Elza yaxşıca tapıb "haqqın" yolunu. Bu toplum buna layiqdi".
Geri qayıt