Əsas Səhifə > Şou-biznes > Sevincindən hoppanan şair...

Sevincindən hoppanan şair...


7-07-2023, 06:01
Sevincindən hoppanan şair...
DİA.AZ: - "Bir neçə il əvvəl bəzi qələm dostlarım məndən AYB-yə üzv olmağı istəyirdilər. Mənim o quruma üzv olmaq niyyətim olmasa da, dostlarımın xeyli israrlarından sonra bu təkliflə razılaşmışdım". DİA.AZ bildirir ki, bunu açıqlamasında tanınmış publisist-şair Heydər Oğuz bildirib.

Az qala son günlərin əsas müzakirə mövzusu kimi diqqətə gələn Elza Seyidcahanın AYB-yə üzv olma olayına işarə edən şair daha sonra qeyd edib: "Qaydalara əsasən, mənə AYB-nin ən azı 3 üzvü zəmanət verməli idi. İnsafən, 3 zamin şəxsin tapılması da müşkül olmadı.

Üzərindən bir neçə gün keçəndən sonra dostlarım əlləri ətəklərindən uzun, suları süzülə-süzülə görüşümə gəlmişdilər. Sən demə, AYB-nin üzvü kimi şərəfli ad qazanmaq üçün müəlliflərdən ən azı 2 kitabının dərc edilməsi tələb olunurmuş. Mənim isə bir kitabım vardı. Bir sözlə, bu quruma üzv olmağım məqsədəuyğun sayılmamışdı.

Doğrusu, AYB rəhbərliyinin bu qərarına üzülməmişdim. Sevincimdən hoppanıb düşdüyümü desəm də yalan olar. Amma bu günlərdə Elza Seyidcahanın o quruma təntənəli şəkildə üzv qəbul edilməsi xəbərini eşidəndə sevincimdən hoppanıb düşməyim gəldi. Yaxşı ki, onunla eyni təşkilatda deyiləm, deyə..."
Geri qayıt