Əsas Səhifə > Şou-biznes > Röyadan növbəti rekord!

Röyadan növbəti rekord!


6-07-2023, 14:30
Röyadan növbəti rekord!
DİA.AZ: - Xalq artisti Röya Ayxanın “14/41” albomu Türkmənistanın “Apple Music Daily Top 200 Album” çartına daxil olub.

DİA.AZ xəbər verir ki, iyunun 14-də təqdim olunan layihə Qırğızıstandan sonra sözügedən Asiya ölkəsində sevilməyə başlayıb. Diskə daxil olan “Onun xəstəsiyəm” və “Tez gəl” bəstəsi 166 və 177-ci sıradan siyahıya daxil olub və irəliləməyə başlayıb.

Qeyd edək ki, albom təqdim olunduğu gündə Azərbaycanın “Apple Music Top 200 Album” çartında birinci olub və hazırda top 3-lükdədir. Albomun ən çox səs gətirən mahnısı isə “Onun xəstəsiyəm”dir. Mahnı 1 milyondan çox dinlənilib. Həmçinin klipi yeni təqdim olunan “Böyüdüm”, “Tez gəl” və “Onun xəstəsiyəm” YouTube Music Azərbaycan Trendində ilk sıralardadır.

Röyadan növbəti rekord!

Geri qayıt