Əsas Səhifə > Şou-biznes > "Ədəbi ictimaiyyət nəyi birmənalı qarşılayıb ki?"

"Ədəbi ictimaiyyət nəyi birmənalı qarşılayıb ki?"


5-07-2023, 08:20
"Ədəbi ictimaiyyət nəyi birmənalı qarşılayıb ki?"
Əməkdar artist, müğənni və bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edildiyi bildirilir.

DİA.AZ bildirir ki, AYB sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev bu haqda “Facebook” hesabında paylaşım edib.

Sosial şəbəkələrdə isə Elza Seyifdcahanın şeirləri birmənalı qarşılanmır, əksər hallarda gülüş və tənqid obyektinə çevrilir.

Bu səbəbdən onun AYB-yə üzvlüyü də birmənalı qarşılanmayıb.

Amma AYB sədri, Xalq yazıçısı Anar Elza Seyidcahanın üzvlüyünü dəstəkləyib.

“Ədəbi ictimaiyyət nəyi birmənalı qarşılayıb ki, Elza Seyidcahanın da AYB üzvü olmasını birmənalı qarşılasın?! Hər şeyə mütləq qulp qoyurlar”, – deyə AYB sədri Elza Seyidcahanın üzvlüyə qəbulunu şərh edərkən Meydan TV-yə deyib.

Geri qayıt