Əsas Səhifə > Şou-biznes > ARKA-nın naməlum taleyi, “Azərbaycanfilm” iflic halda

ARKA-nın naməlum taleyi, “Azərbaycanfilm” iflic halda


17-06-2023, 06:39
ARKA-nın naməlum taleyi, “Azərbaycanfilm” iflic halda
Kinematoqrafiyanın Koordinasiya Şurasının növbəti iclası keçirilib.

DİA.AZ bildirir ki, bu barədə Moderator.az-a Professional Kinorejissorlar Gildiyasından məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı, Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinoaktyorlar Gildiyasının rəhbərləri iştirak edib və bir çox məsələlər müzakirə edilib.

Kino ictimaiyyətinin geniş spektrini təmsil edən Koordinasiya Şurası Kino Agentlikdə rəhbərliyin indiyə kimi təyin edilməməsi və bu səbəbdən normal fəaliyyətə başlanılmaması, milli kinomuzun məbədi olan “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə olan laqeyd münasibət, kinoistehsalatını min cür bahanələrlə dayandıraraq “Azərbaycanfilm”i iflic vəziyyətinə gətirilməsi və bununla da, yüksək peşəkarlığa malik mütəxəssislərin və istedadlı sənətçilərin taleyinə biganəliyi Şura iştirakçıları yolverilməz sayır və indiki durumdan narahatlığını bildirir.

Şura üzvləri aidiyyatı orqanları bu məsələlərin həlli istiqamətində təcili addımların atılmasına çağırır.
Geri qayıt