Əsas Səhifə > Şou-biznes > Brilliant Namiqlə duet oxumaq istəyir

Brilliant Namiqlə duet oxumaq istəyir


4-02-2014, 11:10
Brilliant Namiqlə duet oxumaq istəyir
Xalq artisti Brilliant Dadaşova bir neçə duet təklifi alıb.

Axşam.az-ın məlumatına görə, “Beşdə beş” verilişinə qonaq olan müğənni təkliflər arasında seçim etdiyini bildirib. Sənətçi meyxanaçı Namiq Qaraçuxurlu ilə duet oxumaq istədiyini bildirib:

“Bir vaxtlar Namiqdən mahnı istəmişdim. İndi müxtəlif müğənnilərdən bir çox duet təklifləri var. Mən isə Namiqlə duet oxumağı düşünürəm. İnanıram ki, bu daha gözəl olacaq”

Geri qayıt