Əsas Səhifə > Şou-biznes > Ərdoğan prezident seçildi, Kübra Əliyeva qurbanını nə vaxt kəsəcək?

Ərdoğan prezident seçildi, Kübra Əliyeva qurbanını nə vaxt kəsəcək?


29-05-2023, 09:07
Ərdoğan prezident seçildi, Kübra Əliyeva qurbanını nə vaxt kəsəcək?
Sevimli aktrisa Kübra Əliyeva bir müddət əvvəl Moderator.az-a açıqlamasında Ərdoğan prezident seçilərsə, qurban kəsəcəyini bildirmişdi.

DİA.AZ bildirir ki, seçkilərin nəticəsi bəlli olan kimi Moderator.az aktrisa ilə əlaqə saxlayıb.

“Gözümüz aydın olsun! Çox sevindim! Evdə yox idim, 28 may Respublika günü münasibəti ilə tədbir keçirirdilər, məni də dəvət edib, təltif etdilər. Telefonum da sönmüşdü, heç bir xəbər ala bilmirdim. Çox narahat idim. Orada dedilər ki, Ərdoğan 54 faiz səs yığıb. Bilmədim sevincimdən nə edim! İyunun 2-də Bakıda məni toya dəvət ediblər. Oğlum Ayazla birlikdə toya gedəcəm. 2-dən sonra Gəncəyə gedib, İmamzadədə qurbanımı kəsəcəm. Allah qoysa, inşallah! Bu sözü deyəndə bəziləri birmənalı qarşılamadı. Amma əksəriyyət əlbəttə ki, sevinirdi” deyə aktrisa bildirib.

Qeyd edək ki, Kübra Əliyeva bir müddət əvvəl saytımıza açıqlamasında “Ərdoğan prezident seçilərsə, qurban kəsəcəm” deyə müsahibə vermişdi.

Geri qayıt