Əsas Səhifə > Şou-biznes > Ruhiyyə Əliyeva “Şəms Milli Mükafatı”na layiq görüldü

Ruhiyyə Əliyeva “Şəms Milli Mükafatı”na layiq görüldü


26-05-2023, 08:37
Ruhiyyə Əliyeva “Şəms Milli Mükafatı”na layiq görüldü
DİA.AZ: - “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva "Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi" və "28 May Respublika günü" münasibətilə Azərbaycan Respublikasının ictimai sahəsində fəal və səmərəli iştirakına görə “Şəms Milli Mükafatı" ilə təltif edilib.

DİA.AZ xəbər verir ki, Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan Şəms Milli Mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, yerli və xarici mətbuat nümayəndələri iştirak ediblər.

Mükafatlandırma mərasiminin açılışı orkestr və xor heyətinin birgə müşayiəti ilə hazırlanmış əsərlə olub. Sonra mükafatlar təqdim edilib.

Xatırladaq ki, “Şəms Milli Mükafatı” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində təsis olunub.

Ruhiyyə Əliyeva “Şəms Milli Mükafatı”na layiq görüldü

Geri qayıt