Əsas Səhifə > Şou-biznes > Küçələrdə gecələdiyini deyən aktyor yüksək maaş alır?

Küçələrdə gecələdiyini deyən aktyor yüksək maaş alır?


23-05-2023, 10:14
Küçələrdə gecələdiyini deyən aktyor yüksək maaş alır?
Akademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndinin küçələrdə gecələməsi ilə bağlı verdiyi açıqlama ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə müzakirələr zamanı aktyorun verdiyi açıqlanın həqiqtəuyğun olmadığı bildirilib. İddia olunur ki, Elçin Əfəndinin aylıq gəliri 1536 manatdır. Belə ki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tarif cədvəlinə uyğun olaraq, aktyora 1036 manat məbləğində maaş verdiyi, üstəlik, onun həm də 2022-ci ildən etibarən 500 manat məbləğində Prezident mükafatı aldığı qeyd olunub. Bu səbəbdən Elçin Əfəndi hökumətdən ev istəməsinə görə qınanır.

DİA.AZ bildirir ki, Pravda.az məlumatların doğru olub-olmadığını dəqiqləşdirmək üçün Elçin Əfəndi əlaqə saxlayıb.

Aktyor 3 gün öncə əməkdaşımıza müsahibə üçün vəd verdiyi saatlarda telefon zənglərini açmayıb.

Mayın 22-də yenidən E.Əfəndi ilə əlaqə yaratmağa çalışdıq. O bildirib ki, mədəniyyət nazirinin qəbulunda olacaq, qəbuldan sonra məsələ barəsində açıqlama verəcək. Vəd etdiyi saatda bir neçə dəfə E.Əfəndi ilə danışmağa cəhd etsək də, zənglərimizi bu dəfə də cavabsız qoyub.

Geri qayıt