Əsas Səhifə > Şou-biznes > Azərbaycan birinci oldu

Azərbaycan birinci oldu


28-04-2023, 11:27
Azərbaycan birinci oldu
DİA.AZ: - Opera və Balet Teatrının Solisti, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Opera ifaçılarının Avropa Çempionu və Gənclər Mükafatçısı, Qızıl Səs mükafatı laureatı (İngiltərə -London) Urfan Cəfərov Nyu-York-da keçirilən "American International Vocal Competition of Opera Singers 2023" beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində 67 ölkə arasında qızıl medal qazanaraq 1-ci yeri tutub.

DİA.AZ xəbər verir ki, o, müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı oldu.

Azərbaycanın vokal məktəbi onun səsi ilə ən prestijli dünya səhnəsində səsləndi.

Azərbaycan birinci oldu
Azərbaycan birinci oldu

Müsabiqədə bütün yaş, millət və ölkədən vokalçılar iştirak ediblər. Beləki, Urfan Cəfərov dünyanın hər yeri 67 ölkə olmaqla, o cümlədən ABŞ-ın müxtəlif yerlərindən: Anguilla, Argentina, Ermənistan, Avstraliya, Avstriya, Azərbaycan, Bəhreyn, Belarus, Belçika, Beliz, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Çin, Kosta. Rika, Kipr, Danimarka, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Quam, Qvatemala, Honq-Konq, Macarıstan, Hindistan, İndoneziya, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Litva, Makao, Malayziya, Meksika, Monqolustan, Hollandiya, Yeni Zelandiya , Norveç, Peru, Filippin, Polşa, Portuqaliya, Puerto Riko, Gürcüstan Respublikası, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, İspaniya, Şri-Lanka, St. Marten, İsveç, İsveçrə, Tayvan, Tayland, Trinidad və Tobaqo, Ukrayna, Böyük Britaniya, Özbəkistan, Venesuela, Vyetnam,Birləşmiş Ərəb Əmirliklərindən gələn bir çox nüfuzlu musabiqələr laureatları və Qran-Pri almış ifaçılar arasından ciddi yarışdan qalib olub. Vokalçı vokal məktəbi, səsi ilə juriləri heyran edib. Bununla da O, “Carnegie Hall”da keçirilmiş çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanaraq qalib olub.
Bu musabiqə, gənc ifaçıların dünya şöhrətli səhnədə solo konsertini təmin edən yeganə platformalardan biridir.


Azərbaycan birinci oldu
Azərbaycan birinci oldu
Geri qayıt