Əsas Səhifə > Şou-biznes > Kinoteatrlarda biletlərin qiyməti neçəyədir?

Kinoteatrlarda biletlərin qiyməti neçəyədir?


26-04-2023, 08:05
Kinoteatrlarda biletlərin qiyməti neçəyədir?
Son zamanlar kinoya və teatra maraq artıb.

Xüsusilə, kinoya maraq göstərənlərin əksəriyyəti gənclərdir. Tələbələrin ölkənin mədəni həyatında mütəmadi iştirakı üçün teatr və kino biletlərinin əlçatan olması şərtdir.

"CinemaPlus" Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə bir neçə gün öncə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumda kinoteatr biletleri barədə danışıb.

Sədr Azərbaycanda kinoteatr biletlərinin qiymətinin bir sıra ölkələrlə müqayisədə xeyli aşağı olduğunu bildirib.

O, çıxışı zamanı filmlərin kinoteatrda nümayişindən minimum 2 il sonra televiziya və onlayn platformalarda yayımlanmasını təklif edib:

"Tamaşaçının kinoteatra marağını artırmaq üçün bu edilməlidir. Tamaşaçı bilməlidir ki, film kinotetrdan başqa əlçatan deyilm Biz kinodan pulu daha çox reklamlardan qazanırıq. Bu gün Azərbaycan başqa bir sıra ölkələrlə müqayisədə kinotetrda bilet qiymətləri ucuzdur".

Cebhe.info hazırda paytaxtdakı bir neçə kinoteatrda satılan bilet qiymətlərini araşdırıb.

Azərbaycanda Nizami Kino Mərkəzi, “CinemaPlus”, “Park Cinema” kimi müasir kinoteatr şəbəkələri fəaliyyət göstərir.

"Park Cinema” kinoteatrı "Park Bulvar", "Metropark", "Flame Towers" (IMAX), Zaqulba ticarət və əyləncə mərkəzlərində fəaliyyət göstərir.

“CinemaPlus” isə "28 Mall", "Gənclik Mall", "Dəniz Mall", "Amburan Mall"-da xidmət göstərir.

Pandemiyadan əvvəl film üçün bilet qiymətləri 4-8 manat arasında dəyişirdi. Hazırda tamaşaçıların üz tutduğu kinoteatrlarda qiymətlər 5-10 manatdır.
Qiymət filmin formatı və nümayiş vaxtına görə dəyişir. Gündüz seansında nümayiş olunan filmlərin biletləri 5 manata, axşam seansında yayımlanan filmlərin qiymətləri isə 8-10 manatadır.

Kinoteatrlarda platinum (VİP) zalı da fəaliyyət göstərir. Bu zalda bir film izləmək hər kəsə 25 manata başa gəlir. Həftəsonu isə VİP zalda film izləmək üçün 35 manat ödəməlisiniz.
//cebhe.info//
Geri qayıt