Əsas Səhifə > Şou-biznes > Məşhur aparıcıdan HAQLI İRAD

Məşhur aparıcıdan HAQLI İRAD


13-04-2023, 01:07
Məşhur aparıcıdan HAQLI İRAD
DİA.AZ: - "Televiziyalarımızdakı gözəl həmkarlar! Əksəriyyətiniz!
Türkiyə seriallarına, verlişlərinə baxa- baxa o qədər alüdə olmusunuz ki, özünüz olmağı unudub arada qalmısınız". DİA.AZ bildirir ki, bunu tanınmış teleaparıcı Turan İbrahimov bəzi həmkarlarına xitabən söyləyib.

T.İbrahimov daha sonra qeyd edib: "Maneralarınız, üslubunuz, danışıq tərziniz bəzi məqamlarda hətta parodiyaya belə oxşayır. Hələ söz ehtiyyatı azlığından fikirinizi ifadə etməkdə çətinlik çəkməyə başlayanda, məlum serilallardakı qəlibləşmiş cümlələri Türkiyə türkcəsində işlədib, sonra da “türklər demişkən” deyib, güya vəziyyətdən çıxmanız lap ət tökücüdür.

Kitabı keçdim, heç olmasa arada saytlardan bir- iki xəbər, yazı oxuyun deyəcəm, di gəl ki, oralarda da vəziyyət bəzən sizdəki kimidi".
Geri qayıt