Əsas Səhifə > Şou-biznes > Tuğba Ekinci Bakıya gəldi

Tuğba Ekinci Bakıya gəldi


25-01-2014, 09:40
Tuğba Ekinci Bakıya gəldi
Türkiyəli müğənni Tuğba Ekinci dünən gecə Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, “O şimdi asker” mahnısı ilə tanınan sənətçinin səfərində məqsəd paytaxt restoranlarından birinin açılışına qatılmaqdır. O, həmçinin Bakıda klip çəkdirəcək. Klipin rejissoru isə Zöhrab Ağayevdir. Zöhrab Tuğbanın dörd gün Bakıda qalacağını bildirib:

“İlk dəfə türkiyəli müğənni azərbaycanlı rejissorla çalışacaq. Buna qədər Mahsun Kırmızıgülün klipi şəhərimizdə çəkilib. Amma həmin ekran işini öz rejissorları ərsəyə gətirmişdi. Klip maraqlı alınacaq. Çünki fərqli ideyam var".

Qeyd edək ki, Tuğba açıqlamasında azərbaycanlı sənətçilərdən xalq artisti Aygün Kazımova, Günel Zeynalova və model Günay Musayevanı tanıdığını deyib.

Tuğba Ekinci Bakıya gəldi
Tuğba Ekinci Bakıya gəldi
Tuğba Ekinci Bakıya gəldi
Geri qayıt