Əsas Səhifə > Şou-biznes > Mərdan “Sənə də qalmaz”a yeni nəfəs verdi

Mərdan “Sənə də qalmaz”a yeni nəfəs verdi


7-04-2023, 16:20
Mərdan “Sənə də qalmaz”a yeni nəfəs verdi
DİA.AZ: - Müğənni Mərdan Kazımov “Sənə də qalmaz” mahnısına yeni nəfəs verib.
DİA.AZ xəbər verir ki, sənətçi sözləri Rəsul Rza, musiqi: Tofiq Quliyevə məxsus bəstəni yeni aranjemanda ifa edib.
Mahnıya çəkilən klip Mərdan Kazımovun “Youtube” kanalına yerləşdirilib.

“Köhnə mahnılarımızı çox sevirəm, səhnə aldığım zaman ifa edirəm. İlk layihəmiz “Xatirə” mahnısı oldu, ifam sevildi, reaksiyalar çox gözəl oldu. Bu dəfə isə “Sənə də qalmaz”ı ifa etdim. Inanıram ki, arzuladığımız reaksiyanı yenə alacağıq. Əməyi keçən hər kəsə minnətdaram” - deyə Kazımov bildirib.


Geri qayıt