Əsas Səhifə > Şou-biznes > “Həyat yoldaşı sənə öncə dost olmalıdır, qismət olsa...”

“Həyat yoldaşı sənə öncə dost olmalıdır, qismət olsa...”


5-04-2023, 01:20
“Həyat yoldaşı sənə öncə dost olmalıdır, qismət olsa...”
“25 il öncə həyatıma sıfırdan başlamışam. 3 dəfə də sənətdən gedib, yenidən gəlib davam etmişəm. İlk hər şey sənə çox çətin gəlir. Daha sonra öyrəşirsən, qazandığın hisslər sənə daha maraqlı gəlir. Öz-özünə düşünürsən ki, mən bunu bacardım”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib.

“Bu gün sənətdə qalmaqal da, qırğın da, müsibət də var. Sadəcə olaraq sənətdə durğunluq var. Hər kəs ard-arda başlayıb klip çəkdirməyə, iş görməyə. İnşallah ki, yaxşı olar. Amma sənətdə yaradıcılıq çatışmır” deyə müğənni bildirib.

Roza Zərgərli Polad Bülbüloğlu ilə görüşündən də danışıb.

“Ard-arda bir neçə ölkədə səfərlərdə olduq. Qazaxıstanda keçirilən tədbirdə də iştirak etdik. Bu tədbir TÜRKSOY-un 30 illik yubileyinə həsr olunmuşdu. Türkdilli ölkələrin xalq artistləri və bir çox sənətkarlar bir araya gəlmişdilər. 15 ildən artıqdır ki, mən də TÜRKSOY-la çalışıram. Polad müəllimlə orada görüşdük. Çox maraqlı bir konsert proqramı oldu. Həssas nöqtələrə toxunacaq sözlər eşitdim. Polad müəllim dedi ki, “mən Azərbaycanın gənc sənətçiləri ilə çox fəxr edirəm ki, işlərini-güclərini atıb, gəlib Azərbaycanı təmənnasız təmsil edirlər”. Saytlar bu sözü kəsib paylaşdı ki, guya mən belə demişəm ki, “Polad Bülbüloğlu dedi ki, səninlə fəxr edirəm. Kimlərinsə gözü götürməməkləri, sosial şəbəkələrdə söz söyləməkləri mənə heç təsir etmir. 23 ildir ki, sənətdəyəm, sənətin bir neçə qolunda varam. Həm müğənniyəm, həm aktrisayam, həm rejissoram, həm prodüsserəm, həm də ki, pedaqoq. Bu sənətlərin içərisində müğənnilikdən savayı pedaqogikanı sevirəm”

Müğənni ailə həyatı ilə bağlı suala da cavab verib.

“Bunu biz planlaşdırmırıq ki. Hər şey qismətdən asılıdır. Qismətdə varsa olacaq. Yoxdursa da belə davam edəcək. Həyat yoldaşı sənə ən önəmlisi yaxşı dost olmalıdır. Dostluq olan yerdə hər şey gözəl davam edəcək” deyə sənətçi bildirib.

Roza Zərgərli bildirib ki, yaradıcı insan üçün filmə çəkilmək kompleks olmamalıdır.

“Yaradıcı insan üçün kompleks olmamalıdır. İndiki texnika ilə yüksək səviyyədə film çəksələr, məncə aktrisalarımız o rollarda oynayar. Açıq-saçıqlığı da gözəl təqdim etmək lazımdır. Filmdəki o səhnələr ifrat dərəcəsinə gəlib çıxmamalıdır. Mənə sual versəniz ki, bu cür filmdə çəkilərsən? Mən əlbəttə ki, öncə ssenariyə, daha sonra rejissora və mənə ödəniləcək qonorara baxıb razılıq verərəm. Bu sənətdir” deyə müğənni bildirib.
Geri qayıt