Əsas Səhifə > Şou-biznes > "Hazırda AzTV ilə köhnə sevgili kimiyik"

"Hazırda AzTV ilə köhnə sevgili kimiyik"


28-03-2023, 11:12
"Hazırda AzTV ilə köhnə sevgili kimiyik"
Xəbər verdiyimiz kimi, ötən ay aktyor-aparıcı Kamal Yaşarın "Mədəniyyət" telekanalında yayımlanan "Kinokitab" verilişi bağlanmışdı.

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşım edərək maaşının ona ödənmədiyini bildirib:

"Hazırda AzTV ilə köhnə sevgili kimiyik. Verilişimi bağlayıb, amma işdən də tam çıxartmayıb. Di gəl, maaş da vermir".

Qeyd edək ki, Kamal bir müddət əvvəl Prezident İlham Əliyevə dublyaj sahəsində mövcud problemlərlə bağlı müraciət etmişdi.

Geri qayıt