Əsas Səhifə > Şou-biznes > Tanınmış aparıcıdan `Space`dəki dəyişikliyiə reaksiya

Tanınmış aparıcıdan `Space`dəki dəyişikliyiə reaksiya


7-02-2023, 12:06
Tanınmış aparıcıdan `Space`dəki dəyişikliyiə reaksiya
DİA.AZ: - "Space" televiziyasında rəhbər dəyişikliyi olub.

DİA.AZ bildirir ki, televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar "Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Karovinlə əvəz olunub.

DİA.AZ bildirir ki, bununla bağlı tanınmış aparıcı Turan İbrahimov maraqlı paylaşım edib. T.İbrahimov yazır:

"Space TV reanimasiyada idi, beyin ölümü çoxdan baş vermişdi, süni nəfəs aparatına qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün küllü miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşviq Hətəmov gəldi, kənar dəsdək olmadan vəziyyəti nəzarətə götürdü. Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik- texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis- yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib etdi. Hazırda Space TV minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdı. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşviq Hətəmovu da çıxışçı kimi dəvət edin. Düzdü, bunun üçün vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin.
Yolun hər zaman açıq olsun, etibarlı insan!"

Geri qayıt