Əsas Səhifə > Şou-biznes > Müalicəsinə pul yığan Könül Xasıyeva səhhəti ilə bağlı sualdan yayındı

Müalicəsinə pul yığan Könül Xasıyeva səhhəti ilə bağlı sualdan yayındı


10-01-2023, 08:49
Müalicəsinə pul yığan Könül Xasıyeva səhhəti ilə bağlı sualdan yayındı
Xalq artisti Könül Xasıyeva uzun müddət sonra paylaşım edib.

Xanəndə videoda "Təbrizim" mahnısını oxuyub.

"Burada otağımda içimdən gəldi ifa etdim. Hər birinizə gözəl günlər, xoşbəxtlik arzulayıram. İnşallah, yenə də Allah görüşməyi nəsib edər" deyə, Xasıyeva bildirib.

Muğam ifaçısı səhhəti ilə bağlı sualları isə cavabsız qoyub.

Qeyd edək ki, K.Xasıyeva bir müddət əvvəl beynində şiş aşkarlandığını və müalicə üçün 254 min manat lazım olduğunu deyib. Müğənni onun sevənlərin yardımı ilə məbləği toplayıb. O, müalicəsinin Almaniyada olacağını vurğulayıb.
//Axsam.az//
Geri qayıt