Əsas Səhifə > Şou-biznes > “Bəstələdiyim mahnılar “Avroviziya”dan keçməyib”

“Bəstələdiyim mahnılar “Avroviziya”dan keçməyib”


9-01-2023, 09:18
“Bəstələdiyim mahnılar “Avroviziya”dan keçməyib”
Bəstəkar-müğənni Murad Arif "Avroviziya" üçün bəstələdiyi bir sıra mahnılardan söz açıb.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı bildirib ki, "Şou nömrə bir" mahnısını "Avroviziya" müsabiqəsi üçün bəstələsə də nəğmə qəbul edilməyib.

"Şou nömrə bir" mahnım "Avroviziya"da seçilmədiyi üçün bu nəğməni Xalq artisti Aygün Kazımovaya vermişəm", - deyə M.Arif vurğulayıb.

Murad bu mahnıdan başqa "Qələbə" mahnısını da müsabiqə üçün ingilis dilində versiya ilə nümayəndə heyətinə təqdim etdiyini açıqlayıb.

Sözügedən nəğmə “Avroviziya” üçün seçilmədiyinə görə də müğənni mahnını öz repertuarına daxil edib.

Murad Arif eyni zamanda bir neçə digər mahnıları da "Avroviziya" üçün göndərdiyini, lakin sözügedən yarışmanın Azərbaycan heyətinin hər dəfə xarici mahnı seçdiyindən gileylənib.

Geri qayıt