Əsas Səhifə > Şou-biznes > Nadir Qafarzadə evini satdı

Nadir Qafarzadə evini satdı


10-01-2014, 12:23
Nadir Qafarzadə evini satdı
Qalmaqallı açıqlamaları, şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadənin Türkiyədəki evini satması xəbəri yayılıb.

Axşam.az xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün Lent.az-ın əməkdaşı N. Qafarzadə ilə əlaqə saxlayıb.

Müğənni isə məlumatı təsdiqləyərək bu sözləri söyləyib:

“Türkiyədəki evimi satmağım düzdür. Siz bu informasiyanı kimdən və hardan əldə etmisiniz? Maraqlıdır, bunu yalnız ailəm və bir - iki dost-tanış bilir. Bəli, Türkiyədəki mülkimi satmışam. Amma bu xəbərin mətbuatda işıqlandırılmasının tərəfdarı deyiləm. Çünki, bu şou-biznesdə məni sevməyənlər və özlərini yalandan dost kimi göstərmiş insanlar çoxdur. Bu xəbər onları sevindirəcək. Hətta bəziləri deyəcək ki, ay nə yaxşı oldu Nadir müflis olub, evini satıb. Onların deyəcəkləri məni maraqlandırmır. İllərdir mənim paxıllığımı çəkənlərə demək istəyirəm ki, o satdığım mülki də, hazırda yaşadığım evi də öz alın tərimlə qazanmışam. Bəziləri kimi kimsə mənə ev verməyib. Burada çəkinməli, utanmalı heç nə yoxdur. Böyük oğlum Londonda təhsil alır. Həm ona, həm də özümün borclarımı ödəməyimə təcili pul lazım idi, ona görə bu addımı atdım. Ruzini yetirən Allahdır. Nə vaxtsa maddi durumum yaxşı olar, yenə alaram. Demək, o ev mənə qismət deyilmiş. Allah bilən məsləhətdir”.

Qeyd edək ki, N.Qafarzadə Türkiyədəki evi ötən il almışdı.

Geri qayıt