Əsas Səhifə > Şou-biznes > "Çingiz Aytmatovun "Manqurt" tamaşasını da oynayacayıq"

"Çingiz Aytmatovun "Manqurt" tamaşasını da oynayacayıq"


19-11-2022, 09:18
"Çingiz Aytmatovun "Manqurt" tamaşasını da oynayacayıq"
Azərbaycan Dövlət Pantomim Teatrı II "4.4 Qısa Tamaşalar Festivalı"na qatılacaq.
Qeyd edək ki, festival 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçiriləcək.

Azərbaycan Dövlət Pantomim Teatrı noyabrın 27-də saat 15:00-da bu mötəbər sənət yarışmasına rejissor Ceyhun Dadaşovun quruluşunda “Şinel” tamaşası ilə qatılacaq.

Noyabrın 28-i saat 19:00-da ise rejissor Ceyhun Dadaşovun quruluşunda "Manqurt" (musabiqedenkenar) tamaşası numayiş olunacaq.

Bu barədə bizimyol.info xəbər portalına teatrın rəhbəri, əməkdar artist Elman Rəfiyev məlumat verib. Onun sözlərinə görə, Pantomim teatrı festivalda

bir müsabiqədə və bir müsabiqədən kənar tamaşa ilə çıxış edir. Müsabiqənin əsas şərti odur ki, bu müsabiqədə oynanılan yeni tamaşa olmalıdır. E.Rəfiyev bildirib ki, teatrın repertuarında, yeni tamaşalar siyahısında Qoqolun "Şinel"tamaşası var. Teatr festivalda "Şinel" tamaşası ilə çıxış edəcək.

" Festival beynəlxalq festivaldır. Bir çox ölkələrdən bura həm münsiflər heyəti gələcək, həm tamaşalar iştirak edəcəklər. Bütün Bakı teatrları, əyalət teatrları bu festivalda iştirak edəcək. Festivalda, biz müsabiqədən kənar Çingiz Aytmatovun "Manqurt" tamaşasını da oynayacayıq. İkisinin də rejissoru Ceyhun Dadaşovdur. Teatrın bədii rəhbəri və baş rejissoru, respublikanın xalq artisi Bəxtiyar Xanlızadədir. Tamaşada teatrımızın aktyorları çıxış edəcəklər" deyə o qeyd edib.

Geri qayıt