Əsas Səhifə > Şou-biznes > “4.4 Qısa Tamaşalar Festivalı”nın proqramı açıqlanıb

“4.4 Qısa Tamaşalar Festivalı”nın proqramı açıqlanıb


18-11-2022, 15:36
“4.4 Qısa Tamaşalar Festivalı”nın proqramı açıqlanıb
DİA.AZ: - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının
təşkilatçılığı ilə 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində keçiriləcək  II “4.4
Qısa Tamaşalar Festivalı”nın (QTF) başlanmasına sayılı günlər qalıb.
DİA,AZ bildirir ki, hazırlıq işlərinin ilk mərhələsini başa çatdıran Təşkilat komitəsi artıq Festivalın
proqramını müəyyənləşdirib. Göndərilən 20-dən artıq tamaşadan 12-si Festivalın
müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 6-sı Bakıda, 4-ü rayonlarda
fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.
Maraqlıdır ki, bu ilki Festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb.
Bundan əlavə, Festivalın proqramında müxtəlif ölkə teatrlarının repertuarındakı
ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Bu
ilki Festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama
daxil edilmiş xarici tamaşadır. Belə ki, Festival günlərində seyrçilər K.Marcanişvili
adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyni adlı povesti əsasında
hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.
Zəngin Festival proqramı yalnız tamaşalarla bitmir. Əlliyə yaxın xarici qonağın
 qatılacağı Festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli
ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak edə biləcəklər.

Festivalın proqramı ilə Teatro.az sənət portalında, festivalın veb-saytında və
sosial media hesablarında https://www.facebook.com/4.4festival tanış olmaq mümkündür.

Geri qayıt